Vəndamın ziyalıları

VƏNDAMIN ZİYALILARI  -( redaktə olunur, hazırlanır)

Elimnaz müəllimə: mərhum həyat yoldaşı Aslan Bağırovla bağlı xatirələri:

Vəndamlı ağbirçək müəllimə Elimnaz Bağırova həyat yoldaşı, həyatdan vaxtsız köçmüş, mərhum Aslan Bağırovla bağlı öz xatirlərini bölüşüb. O, rəhmətlik Aslan müəllimin çoxlarına məlum olmayan müsbət şəxsi xüsusiyyətlərindən – düzlüyü, mərdliyi, fədakarlığı, ailədə böyük nüfuzu, gözəl və qayğıkeş ailə başçısı olması və övladlarının düzgün tərbiyəsində müstəsna rol oynayan vəsiyyətləri və s. barədə səmimi söhbət açıb.

Vəndam 1 saylı Orta Məktəbində görüş:

05 fevral 2015-ci il tarixində Vəndam 1 saylı Tam Orta Məktəbində vəndamlı ziyalıların və alimlərin xatirə lövhəsinin saxlanıldığı dərs otağında həmin məktəbin məzunu Nurlan Bağırovla məktəbin rəhbərliyi və bir qrup fəal müəlimləri ilə görüş keçirilmişdir. Tədbirdə Vəndamın yetişdirmələri olan ziyalıların həyat və yaradıcılığı, elmi nəaliyyətləri, təhsilimizin inkişafında rolu, əldə olunan uğurlar barədə çıxışlar edilib, mlüahizələr söylənilib və mərhum müəllimlərlə bağlı xoş xatirələr anılıb. Tədbir eləcə də, beynəlxalq internet şəbəkəsində Vəndam qəsəbəsinə aid olan yeni səhifənin açılmasının da qeyd olunması ilə bağlı əlamətdar olub. Çıxış edən müəllimlər İnternet səhifəsinin yaradılmasını dəstəklədiklərini ifadə edərək, onun vəndamlı yeniyetmə və gənclərin təhsilinin gücləndirilməsi, dünyagörüşünün artırılması, tariximizin öyrənilməsi və mədəni irsimizin qorunub saxlanılması və təbliği sahəsində çox faydalı olacağı barədə fikilərini səsləndiriblər. Nurlan Bağırov tədbir işitrakçılarına səmimi təşəkkürünü bildirib və Vəndam qəsəbəsinin internet səhifəsinin daha da zənginləşdiriləcəyi və daha geniş materialların bu saytda yayımlanacağı barədə planlarını açıqlayıb. Tədbir məktəbin müəllim kollektivi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Vəndam qəsəbəsinin müəllimlərinin “siması” –  əməkdar müəllim, Əhməd Mirzalıyev:

Vəndam qəsəbəsini və Qəbələni respublika səviyyəsində tanıdan, yüzlərlə şagirdi regional və beyləxalq olimpiadaların qalibi olmuş, bütün ömrünü fədakarlıqla sağlam təfəkkürlü və savadlı gənc kardların yetişdirilməsinə sərf etmiş ən sevimli əməkdar müəllimimiz, hörmətli Əhməd Mizalıyevin Vəndam ziyalıları və təhsilimiz barədə düçüncələri.

Vəndam Ağsaqqallarının təmsilçisi Nəsirov Agasəddin müəllim:

Vəndamlı ictimayyatçı müəlllim, Bələdiyyə üzvü və Qəsəbə Ağsaqqallar Şurasının sədri hörmətli Ağasəddin Nəsirov Vəndam qəsəbəsinin internet səhifəsinin yaradılmasına münasibətini bildirib.

VƏNDAMIN ZİYALILARI haqqında məlumatlar:

Soyadı, adı və atasının adı Təvəllüdü Müəllimlik illəri İş stajı
1. Ömərbəyov Hüseyn Şıralıbəy oğlu 1869-1940 1892-1940 48 il
2 Mürşüdov Rəsul Mürşed oğlu 1899-1989 1922-1972 50 il
3 Tahirov İbrahim Sadəddin oğlu 1907-1990 1931-1980 50 il
4 Ağayeva  Sayad Qara qızı 1909-1984 1929-1984 55 il
5 Əfəndiyeva Bikəxanım Hacıbaba qızı 1910-2000 1930-1980 50 il
6 Rəşidov Əhməd Hümbət oğlu 1912-1976 1930-1966 36 il
7 Mərdanov Məcid Əhəd oğlu 1913-1982 1931-1982 51 il
8 Hüseynov Dursun Yaqub oğlu 1915-2008 1946-2008 62 il
9 Qəribov Məhəmməd Salam oğlu 1917-1986 1938-1986 48 il
10 Hüseynov Yusif Yaqub  oğlu 1921-2002 1968-2002 34 il
11 Mirzəyev Məhəmməd Süleyman oğlu 1922-2007 1940-1997 57 il
12 Nadirova Həqiqət Soltanhəmid qızı

Vəndam qəsəbə 1 saylı orta məktəbin həyatdan köçmüş orta nəsil müəllimləri.

Soyadı və atasının adı Təvəllüdü Müəllimlik illəri İş stajı
1. Bağırov Aslan Abdulkərim oğlu 1940-2000 1966-2000 34 il
2 Əliyeva Rübabə Seyid qızı 1936-2005 1958-1998 40 il
3 Əfəndiyev Rövşən Fazi oğlul 1940-2006 1962-2006 44 il
4 Hüseynov Nazir Fazil oğlu 1947-2010 1971-2010 39 il
5 Mərdanov Haqverdi Paşa oğlu 1937-2000 1960-2000 40 il
1. İsayev Ağarza Həmid oğlu 1935 1956-1987 31 il
2. Kərimov İsmi Şiraz oğlu 1927 1957-2009 52 il
3. Məmmədov Əmir Abdulla oğlu 1936 1957-1998 41 il

Qəbələ rayonu, Vəndam qəsəbə 1 saylı orta məktəbin müəllimlərinin 2011-ci il

 

Soyadı, adı və atasının adı İxtisası Təvəllüdü İşə başladığı tarix Stajı
1 Zülfüqarov Sadəddin Cəlallədin oğlu Rus dili 1957 29.08.1983 27 il
2 Eyyubova Aynurə Mübariz qızı Tarix 1979 15.11.2001 9 il
3 Müzəffərov Yanvar Mustafa oğlu Rus dili 1949 06.08.1973 37 il
4 Qəribova Validə Məhəmməd qızı İb.Met. 1954 01.09.1971 39 il
5 Paşayev İbad İsbat oğlu Hərbi rəhbər 1946 1969 41 il
6 Rəhimov Ənvər Nəbi oğlu Dil-ədəbiyyat 1929 15.08.1950 62 il
7 Salamova Fəridə Bədir  qızı Dil-ədəbiyyat 1949 30.08.1971 39 il
8 Məmmədova Qənimət Səmid qızı Dil -ədəbiyyat 1954 01.08.1975 35 il
9 Muradxanova Elmira Abı qızı Azərb. və rus dili 1953 12.08.1974 36 il
10 Əhmədova Qətibə Məhərrəm qızı Dil-ədəbiyyat 1957 01.12.1981 29 il
11 İbrahimov Nabir Şükür oölu Riyaziyyat 1934 22.06.1957 55 il
12 Rəsulov Abbas Salman oğlu Riyaziyyat 1937 16.08.1961 50 il
13 İsgəndərov Mustafa Musa oğlu Riyaziyyat 1949 16.04.1970 40 il
14 Rəsulova Aybəniz Niyazi qızı Riyaziyyat 1957 19.09.1979 31 il
15 Həlimova Nardənə Ayaz qızı Fizika 1947 15.081970 41 il
16 Səfərov Rais Həmdi oğlu Fizika 1953 10.08.1976 34 il
17 Mirzəmmədova Elmira Camal qızı Rus dili 1960 30.08.1985 25 il
18 Rəşidov Rəşid Rufi oğlu Rus dili 1961 13.08.1984 26 il
19 Hüseynova Şahzadə Bəyalı qızı Coğrafiya 1949 15.08.19 40 il
20 Sadıqov Sadıq Mabud oğlu Coğrafiya 1954 01.01.1975 35 il
21 Xitilova Elminaz Bəyalı qızı Coğrafiya 1956 14.08.1979 31 il
22 Sadıqov Elmdar Qələndar oğlu Biologiya 1956 15.08.1975 35 il
23 Nəsirov Ağasəddin Abul oğlu Əmək 1956 07.04.1976 34 il
24 Bağırova Elminaz Şıxalı qızı İb.metodika 1944 01.09.1964 47 il
25 Salehova Gülşən Saday qızı İb.metodika 1951 06.09.1973 36 il
26 Baxışova Ulduzə İsamməd qızı İb.metodika 1951 12.08.1977 33 il
27 Məmmədova Cəmilə Feyzulla qızı İb.metodika 1960 14.08.1979 31 il
28 Eyyubova Dilarə Fərrux qızı İB.metodika 1958 14.08.1980 30 il
29 Mirzalıyeva Mətanət Səmidqızı İb.metodik 1965 01.02.1988 22 il
30 Ağayeva Bənövşə Şərif qızı İb.metodika 1948 01.09.1969 42 il
31 Nəsirova Xalidə Veyıs qızı İB.metodika 1961 14.08.1980 30 il

 Vəndam 2 saylı orta məktəbinin ziyalı müəllimləri:

Adı Soyadı Atasının

adı

Doğum

tarixi

Təhsili Vəzifəsi

 

 

1 İradə Cəlilova Şəmi 09.02.1969 5 il Direktor
2 Yasəmən Hüseynova Rauf 02.12.1983 bak DHM
3 Nurlan Əmiraslanov Sədir 09.05.1980 bak Təşkilatçı
4 İlham Tahirov Soltan 31.07.1960 5 il Hərbi rə
5 Əminə Məmmədova Şamil 18.02.1950 5 il Müəllim
6 Vasif Hacıyev Səfalı 15.02.1955 5 il Müəllim
7 Hüseynağa Qasımov Şərif 08.05.1955 5 il Müəllim
8 Şirazov Aslan Qüdrət 01.06.1952 5 il Müəllim
9 Təranə Eyyubova Səməd 02.04.1957 5 il Müəllim
10 Faiq Səfərli Fərrux 06.08.1950 5 il Müəllim
11 Afət Məmmədova Tofiq 12.10.1989 bak Müəllim
12 Amal Şirazova Güləmməd 25.09.1986 bak Müəllim
13 Aynur Mikayılova Nəriman 15.03.1978 bak Müəllim
14 Aynurə Muradxanova Əbülfət 13.04.1982 bak Müəllim
15 Mehriban Qocayeva Abdı 28.01.1962 5 il Müəllim
16 Zöhrə Qaçayeva Seyfi 12.02.1966 5 il Müəllim
17 Ətayə Həşimova Firidun 03.10.1961 5 il Müəllim
18 Sərdər Ağayev Səfər 22.04.1954 5 il Müəllim
19 Gülnar Əliyeva Teymur 24.04.1986 bak Müəllim
20 İlahə Hüseynova Vasif 29.03.1982 bak Müəllim
21 Rəna Bağırova Əmircan 20.10.1969 5 il Müəllim
22 Nailə Kərimova Şahin 26.08.1986 bak Müəllim
23 Vüsalə İsbəndiyarova Azər bak Müəllim
24 Ziba Qasımova Södiyar 14.12.1969 5 il Müəllim
25 Vasif Musayev İsa 30.10.1949 5 il Müəllim
26 Gülxar Səlimova Çələbi 15.02.1951 5 il Müəllim
27 Ramil Comərdov Nadir 26.07.1979 bak Müəllim
28 Xanım Şirazova Dəmir 19.05.1990 bak Müəllim
29 Elmira Mustafayeva Həsən 23.07.1984 bak Müəllim
30 Səadət Qarakişiyeva Yanvar 04.02.1978 bak Müəllim
31 Elçin Qasımov Qarakişi 14.04.1986 bak Müəllim
32 Səbinə Muradxanova Xanalı 16.03.1981 bak Müəllim
33 Mətanət Umuyeva Səməd 30.12.1968 5 il Müəllim
34 Leyla Əzimova Nüsrət 27.05.1984 bak Müəllim
35 Gülnar Osmanova Sabir 17.01.1983 bak Müəllim
36 Tofiq İsmayılov Allahverdi 24.06.1987 5 il Müəllim
37 Bahar Cəbrayılova Firidun 24.01.1968 5 il Müəllim
38 Aysel Mirzalıyeva Natiq 15.07.1984 bak Müəllim
39 Leyla Qarakişiyeva Siyasət 10.11.1986 bak Müəllim
40 Rəhim Rəhimov Əli 28.02.1954 orta Müəllim
41 Sevda Balayeva Ağasəddin 11.07.1983 orta Müəllim
42 Əsgər Cəbrayılov İsrayıl 28.12.1953 5 il Müəllim
43 Məhbubə İsrafilova Cəmal 27.04.1971 orta Müəllim
44 Ceyran Abdullayeva Çinar 15.03.1958 5 il Müəllim
45 Züleyxa İsmayılova Səmid 13.05.1957 5 il Müəllim
46 Sədaqət Nurməmdova Niyazi 25.02.1953 5 il Müəllim
47 Elmira Rəşidova Niyazi 11.09.1950 orta Müəllim
48 Nüşabə Eminova Şamayıl 20.07.1955 orta Müəllim
49 Solmaz Mirzalıyeva Qulu 25.10.1951 5 il Müəllim
50 Gülnar Balayeva Ağamir 29.05.1984 bak Müəllim
51 Fuad Osmanov Adil 04.03.1980 bak Müəllim
52 Saqibə Süleymanova Sabir 31.07.1968 orta Müəllim
53 Sevanə Həmidova Məzahir 07.05.1986 orta Müəllim
54 Ramilə Şəfiyeva Sədrəddin 22.09.1984 bak Müəllim
55 Yaqut Həşimova Tahir 20.11.1984 bak Müəllim

 Vəndam 3 saylı orta məktəbinin ziyalı müəllimləri:

Soyadı ,adı və atasının adı Təvəllüdü İxtisası İşə başladığı il Stajı
1 Məmmədov Rahib Bəxtiyar oğlu Rus dili
2 Bəşirov Firuz Baba oğlu Coğrafiya
3 Əliyeva Kəmalə Qədim qızı Riyaziyyat
4 Zöhrabova Mirvari Rubil qızı Kimya
5 Mirzalıyeva Sahiyyə Əvəz qızı Aərbaycan dili və. ədəbiyyatı
6 Hüseynov Samir Telman oğlu Azərbaycan dili və ədəbiyyat
7 Məmmədova Əzizə Arif qızı Azərbaycan dili və ədəbiyyatı
8 Baxışov Çingiz İsa Hərbi rəhbəri
9 Abbasəliyeva Nranə Vahiz qızı Fizika
10 Xitilova Kamilə Abbas qızı Riyaziyyat
11 Rəcəbova Türanə Nüsrət qızı Riyaziyyat
12 Lətifov Ruslan Rəssam oğlu Riyaziyyat
13 Lətifova Şəhanə Qalib qızı Riyaziyyat
14 Mirzəliyeva Ədalət Səmid qızı Biologiya
15 Lətifov Rüstəm Seyfulla oğlu Coğrafiya
16 Rəcəbova Lətifə Səhrab qızı Tarix
17 Məmmədov Şahvələd Əhmədpaşa Tarix
18 Ağayeva Eyzəngül Seyid qızı Rəsim
19 Kərimova Yeganə Eyvaz qızı Fiziki.tərbiyə
20 Bağırova Nurəngiz Vətən qızı Rus dili
21 Feyzllayeva Nübar Nazim qızı İngilis dili
22 Alıcanova Jalə Səftər qızı İngilis dili
23 Cəlilova Nigar Fərman qızı Ingilis dili
24 Zakirova Gülnar İxtiyar qızı Ingilis dili
25 Abbasəliyeva Səyahət Vahiz qızı Texnologiya
26 Xanalıyeva Zahirə Oruc qızı İb.metodika
27 Abbasəliyeva Mehriban Nuru qızı Ib. metodika
28 Kazımova Tənzilə Mahmud qızı Ib.metodika
29 Zülfüqarova Rəqsanə Dünyamalı qızı Ib.metodika
30 Məmmədova Ruhəngiz Vətən qızı Ib.metodika
31 Nəsirova Mətanət Famil qızı Ib.metodika
32 Bəşirova Aynurə Dünyamalı qızı Ib.metodika
33 Sıracova Rəna Ağasəf qızı Ib.metodika
34 Eyyubova Zülfünaz Xalis qızı Ib.metodika
35 Osmanova Pərvanə Ağali qızı İb.metodika
36 Mirzalıyeva Leyla  Fizuli qızı İb.metodika
37 Osmanova Bahar Ağamurad qızı İb.metodika
38 Salamzadə Gülnar Yaşar qızı İb.metoduka
39 Muradova Südabə Novruz qızı UBR

Mərdanov Məcid Əhəd oğlu (09.04.1913- 27.09.1982) 

Akademik Məcid Mərdanov

Akademik Məcid Mərdanov

 Azərbaycan Respublikası əməkdar elm xadimi, Azərbaycan Respublikası  Elmlər Akademyasının müxbir üzvü, texnika elmlər doktoru, professor  Mərdanov Məcid Əhəd oğlunun həyat və elmi fəaliyyəti.

Məcid Mərdanov 1913 –cü ilin aprel ayının 9-da Qəbələ rayonunun Vəndam kəndində anadan olub. İlk təhsilini Vəndam məktəbində almış,1931-ci ildə Şəki pedaqoji texnikumunu bitirmişdir. Həmin ildən Qəbələ rayonu Hacallı kəndi natamam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır.

1934- cü ildə o,Vəndam kənd orta məktəbinin dərs hissə müdiri, sonra isə həmin məktəbin direktoru olmuşdur.

1939-cu ildə Azərbaycan Dövlət Kimya Universitetinin Kimya fakültəsini əla qiymətlərlə bitirdikdən sonra elə həmin ali məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1939-cu ildə Məcid  müəllimi hərbi xidmətə çağırılır.

İkinci dünya müharibəsində minomyot vzvodu komandiri kimi Şimal-Qərb və Leninqrad cəbhələrində vuruşub. Ağır yaralanıb. 1948-ci ildə Sovet ordusundan tərxis olunduqdan sonra, Bakı şəhərindəki Neft Emalı üzrə V.V.Kuybışev adına Elmi-Tədqiqat İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub və 1952-ci ildən laboratoriya rəhbəri təyin edilib.1959-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Elmlər Akademiyası Neft-kimyası Prosesləri İnstitutunda direktor müavini işləyib.

Məcid Mərdanov müasir  aviasiya  yanacaqlarının yaradılması sahəsində apardığı elmi tədqiqat  əsaında  1953-cü ildə namizədlik, 1962-ci ildə  doktorluq dissertasiyalarını müdafiə etmiş və 1968-ci ildə Respublika Elimlər Akademyasının müxbir üzvü seçilmişdir.

O direktorun elmi işlər üzrə müavini və xüsusi yanacaqlar laboratoriyasının rəhbəri olarkən institutun çoxlu elmi və təşkilati məsələlərinin həllində iştirak edib. Məcid Mərdanovun elmi fəaliyyəti neftin kimyəvi tərkibi  və yeni növ reaktiv yanacaqların aşınma texnaloqiyasının işlənilməsi ilə əlaqədar olub.

Aviasiyanın səsdən iti sürətə keçməsi və uçuş məsafəsinin artması Azərbaycan alimlərinin tədqiqatlarının oksidləşməyə qarşı daha sabit yanacaqların alınması istiqamətinə yönəltdi. Mərdanovun öz əməkdaşları ilə apardıqları  geniş tədqiqat işləri nəticəsində səsdən iti sürətli reaktiv təyyarələr üçün SSRİ-də ilk yeni T-5 reaktiv yanacağının texnologiyası işlənib tətbiq edildi.

Azərbaycan neftindən alınan T-5 yanacağı yeni nəsil reaktiv təyyarələrin yaradılması və istismarına təkan verdi. Sonralar onun rəhbərliyi ilə “Neft daşları” neftindən T-8B markalı yanacağın alınma texnologiyası işlənildi. Aviasiya yanacaqlarının texniki tələblərində yeni bir xassə meydana çıxdıqda,  M.Mərdanov həmkarları ilə neft xammalının emal edən yeni prosesləri və səmərəli aşqarların sintezini işləyib hazırladı. Yanacaqların termiki sabitliyini, korroziya və yeyilməyə qarşı davamlılığını təyin etmək üçün Məcid müəllim müvafiq aşqarların sintezi ilə elmə cox böyük töhvə verdi.

Yeni aviasiya yanacaqlarının yaradılması sahəsində Məcid Mərdanovun xidmətləri əvəzsizdir. Onun rəbbərlik etdiyi əməkdaşlarının gərgin əməyinin bəhrəsi olaraq termiki sabitliyi və istismar xassələri yüksək olan T-5,T-6,PT,T-8B vəs. yanacaqlar tətbiq üçün vəsiqə almışdır. Yeni yanacaqlar yaradılması sahəsində Mərdanov tədqiqat işləri apararkən alkilləşmə, dealkiləşmə, həlqələşmə, dehidro-həlqələşmə, hidrogenləşmə, olefinlərin nitrolaşması, aminləşməsi reyaksiyaları əsasında karbohidrogenlərin kimyəvi cevrilmələrinin geniş tədqiq etmiş və əksər hallarda həmin reaksiyaların ədəbiyyatda məlum olmayan  bir sıra xüsusyyətlərini müəyyənləşdirmişdir. Keçmiş İttifaqda ilk dəfə olaraq pirolizin maye məhsullarından tsiklopen tadienin ayrma texnologiyasının yaradılması Mərdanov məktəbinin xidmətidir.

Məcid Mərdanovun rəhbərliyi ilə aparılan işlər həmişə dövlət tərəfindən sifariş olunub və keçmiş İttifaqın hərbi kompleksinin  möhkəmlənməsinə kömək edib. Onun aldığı elmi nəticələr hərbi kompleksin ən sərt tələblərinə cavab verib və xüsusi komissiya tərəfindən yüksək qiymətləndirilib.

Görkəmli alimin rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, Azərbaycan neftindən çox yüksək keyfiyyətli T-6 aviasiya yanacağı almaq olar. Bu işin müstəqil respublikamız üçün daha böyük əhəmiyyəti var.

Hitroalkanların  metal kompleksləri əsasında yaradılan sistemlərdən yanacaqlara ən səmərəli antistatik aşqarlar kimi istifadə etmək ideyası dünyada ilk dəfə Məcid Mərdanov məktəbinin nümayəndələri tərəfindən söylənilib və təsdiq olunub.

Bu məktəbin yaratdığı bir sıra yanacaq növləri, aşqarlar, korroziya ingibitorlara  istehsalatda tətbiq edilir.

İstedadlı kimyaçı alim 250-dən çox elmi əsərin və 40 müəlliflik şəadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 3 doktorluq və 22 namizədlik dissertiyası müdafiə edilmişdir.

Elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərinə görə Məcid Mərdanova 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adı verilmişdir.

Məcid Əhəd oğlu Mərdanovun əməyi hökumət tərəfindən yüksək qiymətləndirilib. O, ”II dərəcəli Vətən müharibəsi” ordeni  və “Şərəf  nişanı ” medalı ilə təltif olunub.

Əməkdar elm xadimi, texnika elmlər doktoru proffessor, Azərbaycan Respublikasının Elmlər Akademiyasınin Müxbir üzvü Məcid Əhəd oğlu Mərdanov 27 sentyabr 1982-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.

 Mirzalıyev Əhməd Səmid oğlu

Əhməd Mirzalıyev

Əməkdar müəllim, Əhməd Mirzalıyev

1951-ci ildə Vəndam qəsəbəsində (kəndində) adi kolxozçu ailəsində anadan olmuş, Vəndam 1 saylı orta məktəbi bitirdikdən sonra Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoj Universitetinin kimya fakültəsinə daxil olmuş, 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. İlk təyinatı Vəndam 3 saylı orta məktəbə olmuşdur. 1975-ci ildən isə, pedaqoji fəaliyyətini Vəndam 1 saylı orta məktəbdə davam etdirmişdir. Əhməd müəllim öz peşəsinin vurğunudur. İxtisasını sevir və bu elmi şagirdlərinə də sevdirir. Şagirdlər onun dərsinə maraqla qulaq asırlar, nəticədə müxtəlif ali məktəblərdə imtahan verə və kimyadan yüksək bal toplayan məzunlarımızın sayı ilbəil artır. Onun şagirdlərə qarşı canıyananlığını görən rəhbərlik 1987-ci ildə işlədiyi 1 saylı orta məktəbə direktor vəzifəsinə irəli çəkmişdir.

Əhməd müəllim əvvəlki direktorun yaratmış olduğu tələblərə, qayda-qanunlara hörmət etməklə bərabər, sinif və məktəb ləvazimatlarının qorunub saxlanmasına, fənlərin elmi, praktiki və əyani tədrisinə, dərslərin kabinet üsulunda keçirilməsinə xüsusi olaraq diqqət yetirir, dərslərdə iştirak edərək müəllimlərin pedaqoji ustlığının formalaşması qayğısına qalır, açıq dərslərdə gənc müəllimlərin iştirakını təşkil etməklə onların əsl müəllim kimi formalaşmasına nail olurdu.

Əhməd müəllimin nəaliyyətlərinin qiymətləndirilməsini oxuculara təqdim edirəm:

1981-ci ildə “Baş müəllim”

1983-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı, 14 dəfə D.İ.Mendeleyev adına Gənc kimyaçılar cəmiyyətinin Fəxri fərmanı verilmiş

1994-ci ildə “Ali kateqoriyalı müəllim” adına layiq görülmüşdür.

Əhməd müəllim daima öz üzərində çalışır, eyni zamznda, şagirdlərində məsuliyyət hissini artırır. Kimyadan Respublika və ümumittifaq olimpiadalarına 100 nəfərdən çox şagird çıxarmışdır. Həmin tərkibdə Əhməd müəllimin özünün 3 övladı da iştirak etmişdir və onlar da Respublika  kimya olimpiadasının qalibi olmuşdular. Onun dərs dediyi siniflərin şagirdlərinin kimya fəninə maraq göstərmələrinin nəticəsidir ki, 1989-1999-cı il buraxılışının məzunlarından 4, 1990-1991-ci i lburaxılışının məzunlarından 2  nəfərinə medal verilmişdi. 1992-2002-ci illərdə TQDK-nın test imtahanlarından kənd məktəbləri arasında dalbadal 10 il ardıcıl olaraq 1-ci yerə çıxmasına görə 18 mart 2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Respublikanın “Əməkdar müəllimi”adını almışdır.

Vəndam 1 saylı orta məktəbi 2000-ci ildə Təhsil Nazirliyi tərəfindən Respublikanın 5 pilot məktəbi sırasına daxil edilmiş və YUNİSEF -lə xüsusi layhə əsasında əməkdaşlıq etmişdir.

Əhməd müəllim 1996-cı ildə eyni vaxtda, 5 nəfər kimyadan olimpiada qalibi  olduğu üçün  Təhsil Nazirliyi tərəfindən pul mükafatına layiq görülmüş, 15 gün Türkiyəyə məqsədli ezamiyyətə göndərilmişdir.

1998-ci ildə Təhsil Nazirliyi tərəfindən məktəbin yüksək təlim səviyyəsinə, həmçinin şagirdlərin olimpiadadakı göstəricilərinə görə  bir il müddətində aylıq pul mükafatına layiq görülmüşdür.

2003-cü ildə Təhsil şöbəsinin müdiri işləyərkən ilin yekununa görə şöbənin yaxşı işi qeyd edilmiş və Təhsil  şöbəsinin müdirinə Təhsil Nazirliyi tərəfindən II dərəcəli diplom verilmişdir.

Əhməd müəllim qayğıkeş ailə başçısıdır. 1975-ci ildə Solmaz xanımla ailə həyatı qurmuşdur. Üç övladı var.

1977-ci il təvəllüdlü qızı Sevər müalicə həkimi, 1981-ci il təvəllüdlü qızı Nərgiz və 1983-cüil təvəllüdlü oğlu Seymur ali təhsilli stomatoloqdurlar. Hər üçü ailəlidir.

Əhməd müəllim öz fərasəti ilə, əməksevərliyi ilə müəllimlik peşəsini təravətləndirmiş  və bu peşənin yüksək səviyyədə olmasını sübuta yetirmişdir.

Yazımı S.Vurğunun aşağadakı misraları ilə bitirirəm.

Müəllimlik-bu, bir incə sənətdir,

Bu yolu hər gedən olmalı incə

Saralmaz bir çəmən, o göyərincə,

Həyata tək yaxın məhəbbətdir.

Əhməd müəllimə yeni-yeni uğurlar və can sağlığı arzusu arzu edirik! 0nun əldə etdiyi nəailiyyətlər həm Vəndam qəsəbə orta məktəblərini fərəhləndirir, həm də Qəbələ rayonu üçün şərəfdir.

2002-2004-cu illər arasında məktəbə Sadıqov Sadıq rəhbərlik etməyə başlamışdır. Sentiyabırın 16-dan rəhbərlik fəaliyyətinə başlayan Sadıq müəllim bir sıra çətinliklərlə üzləşmişdir. Məktəbdə kabinet üsulu ləğv edildiyindən sinif otaqları bərbad vəziyyətə salınmışdı. Həm də, məktəb binası tikildikdən sonra uzun ilər zərində təmir işi aparılmamışdır. 2003-2004-cü illərdə İFAD təşkilatı birinci mərtəbədə səthi təmir işi aparmış, ikinci mərtəbəyə heç yaxınlaşmamışdır. Hətta bu siniflərdə hər an qəza yarana bilərdi, müəllim və şagirdlər qəzanın qurbanı ola bilərdilər (axırıncı ifadələr 07.02.2011-ci ilə aiddir.)

2002-ci illərdə şagirdlərin sayı artdıqca, sinif otaqlarında darısqallıq yaranırdı. Lakin cəfakeş müəllimlər bunun da öhdəsindən gəlirdilər.

2004-2006-cı ilin aprelinə kimi məktəbə Musayev Aslan rəhbərlik etmişdir. Şagirdlərin sayı 1200 nəfərə çatmışdır. Lakin sinif darısqallığı şagirdlərin təhsilinə, tərbiyyəsinə ciddi təsir edirdi.

Vəndam 1 saylı orta məktəbə 2006-cı ilin aprelindən Qarayev Teymur rəhbərlik edirb. 2011-ci ildə şagirdlərin sayı 847 nəfər, müəllimlərin sayı isə 138 nəfər olub.Təxminən hər müəllim 5-14 saat dərs yükünə malikdir. Pensiyaçı müəllimlər də 8-10 saat miqdarında təmin olunmuşlar. Müəllimə verilən bu az-maz məvaciblə o, ailə dolandıra  bilərmi? İnsan kimi həyat sürə bilərmi? Hər yerdən ümid qapıları bağlanmış müəllimin sosial vəziyyəti ilə kim maraqlanmalıdır? Son vaxtlarda məktəblərdə fərdi pullu məşğələlərin aparılması şagird-müəllim  münasibətlərinə ciddi ziyan vurmuşdur. Müasir təhsil sistemi əsaslı islahatlar tələb edir.

2011-ci ilin fevral ayının 23-dən Sadıqov Elimdar rəhbərlik edib. Məktəb binasında əsaslı təmir işləri aparılıb.

01 noyabr 2011-ci il tarixdən məktəbə Abbasova Qətibə rəhbərlik edir.

Məktəb əvvəlki illərin sevincinin  arzusundadır.

Rəhimov Ənvər Nəbi oğlu. Müəllimə Ulu Tanrı tərəfindən verilən ömür payı.

Enver Rehimov

Ənvər Rəhimov:  Vəndamın tarixini yazan unudulmaz ziyalımız

Həyata gələn hər bir adam Ulu Tanrı bir ömür payı verir. Kimisi mühəndis olub, evlər tikdirir, şəhərlər, kəndlər, qəsəbələr saldırır, kimisi həkim olub, həyatı sönmək üzrə olan insanlara həyat bəxş edir, kimisi əminəmanlığın keşiyində durur, insanlara firəvan həyat yaradır, millətinin taleyi haqqında düşünür. Lakin bunun əksinə, kimisi də yaradılmışları dağıdıb məhv edir və pis ad qazanır. Şair demişkən:

Zalım, pis niyyətli olsa şah əgər,

Dünyadan pis adla o köçüb gedər.

Müəyyən ömür bəxş edilmiş  insanların heç birinə bənzəməyən, başqa bir ömür yaşayan  insanlardan  müəllim ömrü bütün ömürlərdən seçilir. Ata, ana övladı həyata gətirirsə, müəllimin əməyi və zəkası ilə həmin övlad yüksəlir, dahi, hətta dövlət başçısı olur.

Bu baxımdan bizim kənd orta məktəbinin müəllimləri xüsusi olaraq fərqlənmişlər. Əsası 1883-cü ildə qoyulmuş bu təhsil ocağı minlərlə gəncə həyat vəsiqəsi vermişdir. Bu təhsil müəsisələrinin zəhmətkeş müəllimlərinin adları nəinki rayon ərazisində, hətta respublika səviyyəsində çəkilir.

Böyük Vətən Müharibəsinin ağrı-acıları kəndimizdən, o cümlədən məktəbimizdən yan keçməmişdir. 1940 və 1941-ci illərdə olan buraxılış siniflərinin müdavimləri attestatlarını alıb cəbhəyə getmişlər. Kənd boşalmışdı, aclıq, xəstəlik, insanları məhv etmişdi. Ənvər müəllim, 1950 –ci ildə institutu bitirmiş, bu doğma məktəbə  müəllim təyin edilmiş və hal-hazırda ömrünün ixtiyar çağında gənc müəllimlərlə çiyin-çiyinə çalışan Rəhimov Ənvər müəllimin 70 illiyinin pedaqoji fəaliyyətinin 50 illiyi təntənə ilə qeyd olunmuşdur.

Ənvər müəllimin həyat yolu çox keşməkeşli olmuş, lakin özünün möhkəm iradəsi ilə bütün çətinliklərə sinə gəlmiş və məqsədinə nail olmuşdur. O,1944-1945-ci tədris ilində Vəndam  orta məktəbinin IX sinifini bitirdikdən sonra orduya növbəti xidmət üçün vəsiqə almış, lakin xoşbəxtlikdən 1945-ci ilin mayında müharibə qurtarmış və o təhsilini Qutqaşın orta məktəbində davam etdirmiş, attestat almışdır.

Müharibənin dəhşətləri iqdisadiyyata, marifə, mədəniyyətə ciddi zərbə vurmuşdur. Ölüm saçan müharibə illərinin əzabından sağ-salamat çıxan adamların baxışlarında gələcəyə böyük ümüd sezilirdi. Hər bir şəxs parlaq günəşli günlərin həsrətində idi. Ənvər müəllimim uşaqlığı və gəncliyi bu həsrətli günlərin xəyalı ilə keçmişdir. Onun uşaqlıq və gənclik illərində fərəhli günləri olmamışdır. Atası Nəbi kişi 1939-cu il yanvarın 4-də, anası Əsmər xanım 1946-cı ildə fevralın 6-da dünyalarını dəyişmişlər. Valideyin qayğısından məhrum olan bir insanın təhsil illərinin göz qabağına gətirdikdə, onun keçirdiyi ağır həyat tərzinin nə demək olduğu bizə aydın olur. Qayğıkeş müəllimləri Qəribov Məhəmməd və İsmayılov Allahverdinin təkidi ilə dərslərinə davam etmiş və məktəbi bitirib, həmin ildə V.İ.Lenin adına (indiki N.Tusi) Azərbaycan Dövlət Pedaqoji İnstitunun “Dil-ədəbiyyat” fakültəsinə daxil olmuşdur. İnstitutda təhsil aldığı illərdə çörək qıtlığı, paltar çatışmamazlığı ilə qarşılaşsa da, möhkəm iradəsi qalib ilə çətinliklərə qalib gəlmişdir. Onun qolundan tutan  mehriban və humanist müəllimləri olmuşdur. Professor Ə.Dəmirçizadədən, M.Mehdizadədən, C.Xəndandan, Əhməd Seyidovdan, Əli Sultanlıdan, Səriyyə Əhmədzadədən həmişə gayğı görən Ənvər Rəhimov onların insani keyfiyyətlərindən bəhrələnmiş, gələcək həyatı üçün əsas şüar götürmüşdür. İnstitut illəri ona çox fayda vermişdir. О, doğma dilimizin, ədəbiyyatımızın incəliklərin öyrənməklə yanaşı, dünya ədəbiyyatına da maraq göstərmişdir.

1950-ci ildə Ənvər müəllim institutu bitirib, təyinatını doğma kəndi Vəndama almışdır. İlk gündən biliyini həmyerlilərinə verir və onların savadlı və geniş məlumatlı olmasına çalışırdı. Öz üzərində böyük məsuliyyət hiss edirdi, ona görə ki, onun ali təhsilli mütəxəssis kimi gəlişi kənddə 10-cu sinfin açılmasına səbəb olmuşdur. Vəndam orta məktəbinin tarixində 1940 və 1941-ci illərdə 10-cu siniflərin ilk buraxılışı olmuşdur. Ənvər müəllim bu estafeti müharibədən sonra götürmüş və və 1951-ci ildə növbəti 10-culara təqdim etməli idi. Onuncuların 3-cü buraxılışı olmuşdu, amma Ənvər  müəllimsiz. 1951-ci il may ayının 5-də onu ordu sıralarına yola salmışdılar. Bir il hərbi məktəbdə oxumuş və Qirmizi bayraqlı Suvarov ordenli qvardiya polkunda bölmə komandiri işləməyə başlamışdır. Ordu həyatına alışan Ənvər müəllim hərbi mövzuda yazılmış kitabları, nizamnamələri oxuyur, şəxsi heyətlə işləmək üsullarını öyrənir, döyüş taktikası haqqında onları məlumatlandırırdı. Bölmədə yüksək intizam və tələbkarlıq qaydaları yaratdığına görə komandanlıq tərəfindən dəfələrlə təşəkkür və tərifnamələr almışdır. Həm də bölmədə siyasi təbliğat işi də ona həvalə edilmişdir.

Ənvər müəllim Brest və Minsk hərbi müəssisələrində qulluq edərkən özünü bacarıqlı komandir kimi göstərdiyi üçün axırıncı ili xüsusi batalyonun tərkibində Arxangelsk vilayətinin Severo-Dvinski (Molotovski) şəhərinə göndərmişdir. Orada üç növbəli gəmiçilik  zavodu ilə yanaşı, ağac emalı fabriki də fəaliyyət göstərirdi. Çox məsuliyətli şəhər idi. 25 min siyasi dustaqları olan şəhər idi ki, bunlardan da 10 min nəfəri qadın idi. Şəhər Ağ Dənizin sahilində salınmışdır. Əsasən gəmiçiliin inkişafına diqqət yetirilirdi. Ağ Dəniz kiçik adalarla zəngindir. Hər adada 7, 11, 18, 20 nəfərlik baraqlarda siyasi məhkum olunmuş qadınlar yaşayırdı. Onlar ömürlük cəza çəkənlər idi. Şəhərin əsas sakinləri cəzasını çəkib qurtaranlardan ibarət idi, şəhərdən çıxmağa icazə verilməyənlər idi (bu barədə əvvəlki kitablarında yazı getmişdir). Ənvər Müəllim 26 noyabr 1954-cü ildə ordu sıralarından tərxis olunmuş və həmin vaxtdan Vəndam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirməyə başlamışdır.

Ənvər müəllim daima narahatlıq hissi ilə yaşamışdır. İnsitutda oxuduğu illlərdə o, dilçilik üzrə alim olmaq fikri ilə yaşamışdır. Elmi rəhbərini də müəyyənləşdirmişdir, əsgərlikdən tərxis olunduqdan sonra da bu fikirlə yaşayırdı, lakin maddi vəziyyəti buna imkan verməmişdir.

О, dərsdə də, şagirdlər arasında, ailədə də tələbkardır. Onun fikrincə, ağıllı tələbkarlıq olan yerdə müvəffəqiyyət də olur. Pedaqoji ustalığını və işdə yüksək intizam gözləməsini nəzərə alaraq rəhbərlik 1965-ci ildə onu Vəndam orta məktəbində dərs-hissə müdirliyinə irəli çəkmişdir. Onu daima narahat sahə şagirdlərin ibtidai təhsili dövrüdür. Əsası pis qoyulan bina tez uçub dağıldığı kimi, biliyinin əsası zəif qoyulan şagird də yuxarı siniflərdə heç bir elmə dərindən yiyələnə bilməz. Bunu biliyin meyarı hesab edən Ənvər müəllim dərs-hissə müdiri seçilən gündən  ibtidai siniflərə  diqqəti artırmağa başlamışdır. İbtidai sinif müəllimlərindən tələb edirdi ki, ilk növbədə şagird gözəl, hüsnüxət qaydasında yazmağı və yazdığını rəvan oxumağı bacarmalıdır. Eyni zamanda ibtidai sinif müəllimləri özləri məsuliyyət hiss etməli, sadədən mürəkkəbə doğru  şagirdlərdə  dilimzin zənginliyinə maraq hissi oyatmalıdırlar. Əlbəttə, Ənvər müəllim təkcə müəllimlərin qarşısında tələblər qoymaqla kifayətlənmir, onların dərslərində iştirak edir, tədrisdə nöqsanları üzə çıxarır, müəllimlərlə birlikdə təhlil edir, onlara metodiki, pisxolji, pedaqoji və elmi baxımdan köməklik göstərir, məsləhətlər verirdi. İbtidai-sinif müəllimlərinin yuxarı siniflərdə oxuyan şagirdləri üzərində müşahidə aparır, ayrı-ayrı dərslərdə iştirak etməklə müəllimin fəaliyyətinin nəticəsini ümumilışdirir və hər bir sinif müəlliminin pedaqoji fəaliyyətini dəqiqləşdirirdi.

Müəllimlik Ənvər müəllim üçün  ən müqəddəs peşə sayılır. Vəzifə borcu ilə  müəllimlik borcu vəhdətdir. Onun fikrincə, məktəb vəzifəsində olan şəxs bütün fənlərdən məlumatlı olmalıdır ki, tabeçiliyində olan müəllimin qarşısında layiqli mövqedə olsun. Rəhbər işçi tələbkarlığa ilk növbədə özündən başlamalıdır. İşə, dərsə, şagirdə, valideyinlərə, müəllim kollektivinə münasibət, bütün bunların hamısı rəhbər işçini düşündürməli və bu keyfiyyərləri özündə tərbiyyə etdikdən sonra başqasına qarşı tələbkar olmalıdır. Ənvər müəllim daima ürəyinin istisini, gözünün nurunu uşaqlara verib. Müharibədən sonrakı illərdə müəllim kadrlarına  böyük ehtiyac  var idi. Buna görə uşaqların yüksək bilik almaları  üçün yalnız dərs prosesi ilə kifayətlənmir, əlavə məşğələlər vasitəsi ilə geriləməmələri aradan qaldırmağa səy göstərirdi. Onun işdə təlbkarlığını nəzərə alan rəhbərlik 1967-ci ildə Ənvər müəllim sinifdənxaric  və məktəbdənkənar  işlər üzrə direktor müavinliyinə irəli çəkilmişdir. Üzərinə ağır  məsuliyyət düşdüyünü  hiss edən Ənvər müəllim valideyn-məktəb-ictimayyət münasibətlərinə  geniş yer vermişdir. Valideyin icmalarının  fəaliyyətinə xüsusi qayğı göstərmişdir. Məktəbdə tez-tez Azərbaycan yazıçılarının əsərləri ilə yanaşı, rus, alman, fransız, amerkan, italyan, hind, bir sözlə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin müzakirəsi, həmin ölkələrin şagirdləri ilə Vəndam orta məktəb şagirdlərinin  yazışmaları  təşkil edilirdi.

Geniş bilik dairəsi və düşüncəsinə  malik olan Ənvər müəllimin şagirdləri ali məktəblərə daxil olarkən orta məktəbdə aldıqları qiymətləri doğruldurlar.  Hətta Ənvər müəllimə hörmət əlaməti olaraq 30 nəfərdən çox şagird öz müəllimini ixtisasına sahib olmuşdur.

Ənvər müəllimin pedaqoji ustalığını nəzərə alan  rayon Təhsil Şöbəsi  onu 1956-cı ildən ştatdankənar inspektor-metodis kimi  rayonun müxtəlif kəndlərinə -Hacallı, Nic, Böyük Əmili, Kiçik Əmili, Mıxlıqovaq, Həmzəlli, Qutqaşın 1 və 2 nömrəli orta, Nohurqışlaq, Tüntül, Xirxatala, Bunud, Həzrə, Seyidqışlaq və s. məktəblərə göndərirdi. O da, öz növbəsində müəllimlərə metodiki göstərişlərini əsirgəməmişdir. 1976-cı ilə kimi ictimai əsaslarla bu vəzifəni aparmışdır. Rayon Təhsil Şöbəsi onun hərtərəfli biliyini və metodiki-pedoqoji göstəriş vermək qabiliyyətini nəzərə alaraq 1956-ci ildən 1973-cü ilə kimi bölmə rəhbəri təyin etmişdir. Kamil Alxasovla, Rövşən Əfəndiyev (Bum) və Feyruz Səddinovla müxtəlif illərdə bölmə rəhbəri işləmiş, onların birlikdə hazırladıqları dil-ədəbiyyat proqramları dil-ədəbiyyat müəllimləri razı salırdı.

Hansı sahədə çalışırsa çalışsın ,Ənvər müəllim ona verilən, həvalə edilən tapşırıqları layiqincə yerinə yetirirdi. O,dil-ədəbiyyat dərslərini tarix, coğrafiya və başqa fənlərlə əlaqəli tədris edir. Onun fikrincə, ədəbiyyat, tarix, coğrafiya bir-birini tamamlayan elmlərdir. O,eyni zamanda iştirak dərslərdə fənn müəllimlərinə məsləhət edirdi ki, tədris etdikləri fənlərin mövzularını mümkün qədər yerli təbii hadisələrlə, toponimlərlə, fauna və florası ilə əlaqələndirsinlər.

Onu həmişə qabaqcıl müəllimlərin iş təcrübəsini yaymaq maraqlandırırdı. Bu məqsədlə tanıdığı müəllim yoldaşları ilə haqqında qəzetlərdə yazıları dərc etdirirdi. Onun ”Cəbhədən-cəbhəyə”, ”İdeya-siyasi tərbiyəni günün tələbləri səviyyəsinə”, ”Mənalı ömür”, ”Dəstəmizin önündə” və s. məqalələrində fəal müəllimlərin pedaqoji fəaliyyətinə işıq salmışdır. ”Müəllim və şəxsi təhsil” məqaləsində müharibənin arxa cəbhəyə ağır təsiri və adamların yaşamaq əzmi göstərilmişdir.

Ənvər müəllim həm dil-ədəbiyyat, tarix, coğrafiya, ictimayyət müəllimi kimi gördüyümüz halda, həmçinin onu hərbi müəllim kimi də görmüşük. Bu sahədə nümunə göstərdiyinə görə rayonun başqa məktəblərinin də hərbi müəllimlərinə metodiki göstərişlər verir, hərbi dərslərə aid proqramlar tərtib edir. Rayon Təhsil Şöbəsinin xətti ilə yoxlamalar keçirir, gənclərin hərbi savadına xüsusi diqqət yetirirdi. Hərbi vətənpərvərliklə əlaqədar onun qəzet səhifələrində ”Əbədi xatirə””Maraqlı görüş”, ”Qırmızı ləpirçilər”, Qoy dostluğumuz var olsun”, ”Bayramınız mübarək”, Əbədi məşələ çevrilmiş ürəklər”, ”Dəstəmizizin önündə, ”Müharibə yarası” və s məqalələri dərc olunmuşdur.

Ənvər müəllim tərbiyəvi işlər üzrə təşkilatçı və hərbi rəhbər işlədiyi illərdə bu sahələrə aid proqram yox idi. Onun bu fənlərə aid mərkəzi qəzetlər və başqa mətbuat materialları ilə əlaqə saxlayaraq tərtib etdiyi proqram  bu gün də öz əhəmiyyətini itirməmişdir.

Bu gün Ənvər müəllim fəxr edir ki, onun əməllərini Vəndam orta məktəbində Sadıqov Sadıq və  Paşaev İbad müəllimlər davam etdirir.

Ənvər müəllim daima yeni məktəb binasının tikintisi məsələsi narahat edirdi. Bu arzu 1978-1979-cu illərdə reallaşdırılmışdır.

О, 1982-ci ildə irəli çəkilərək Vəndam 1N-li 8 illik məktəbinə direktor göndərilmişdir. İlk gündən məktəbdə möhkəm intizamın yaradilmasına, təlim-tərbiyyə keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin metodiki və pedaqoji ustalığının artırır. Təlimlə tərbiyənin vəhdətdə öyrədilməsini ön plana çəkmişdir. İlk gündən sinif otaqlarının çatışmaması, şagirdlərə məktəbə müntəzəm davam etməməsi, valideyinlərlə əlaqənin zəif olması, əmək intizamının aşağı olması Ənvər müəllimi ciddi düşünməyə vadar etmişdir. Sinif otaqlarının çatışmaması və yaxud uyğunsuzluğu dərs keyfiyyətinə mənfi təsir göstərirdi. Yeni məktəb binasına kəskin ehtiyac duyulurdu, ona görədə  məktəb binası üçün layihə tərtib etdirsə də, o, binanın tikilməsinə nail ola bilməmişdir, lakin ruhdan da düşməmişdir. O, 1986-1987-ci tədris ilində təşəbbüs qaldırıb 170 kv metr sahəsi olan 5 otaqlı bir məktəb binası tikdirmişdir. Bu da məktəbin orta məktəbə çevrilməsi üçün bir maddi baza olmuşdur. Həmin məktəbin bir qrup müəllimləri Ənvər müəllimə arxa durmaq əvəzinə, işinə maneçilik törətdiklərinə görə  o, 1989-cu ilin noyabrın 2-də öz ərizəsi ilə direktorluqdan azad olunmuş, Vəndam 1N-li orta məktəbə sıravi müəllim keçirlmişdir və həmin vaxtdan öz ixtisası üzrə pedaqoji fəaliyyətini davam etdirirmişdir.

Ənvər müəllim təkcə öz fənni dairəsində fəaliyyət göstərməklə kifayətlənməmiş, eyni zamanda, ictimai işlərdə də əməyini əsirgəməmişdir. Dəfələrlə seçki komisyalarinin sədri, katibi olmuşdur, Vəndam kəndi üzrə “Bilik”cəmiyyətinin, ”Təbiyətin dostları cəmiyyəti”nin, kənd üzrə Xalq Nəzarəti qrupunun, ”Qırmızı Aypara cəmiyyəti”nin sədri, Vəndam kənd XDS-ə deputat seçilmiş, 1950-ci ildən komsomol və partiya maarifində dərs demişdir. İctimai işlərdə fəaliyyətinə görə dəfələrlə təşəkkür almışdır. İstər pedaqoji, istərsə də ictimai işlərdə fəaliyyəti cavabsız qalmamışdır. Qəzetlərdə, jurnallarda, yığıncaqlarda adı yaxşılar sırasında çəkilibdir. Dəfələrlə respublika Elmi Tədqiqat Pedaqoji insitutunda metodiki məqalələrlə məruzə və çıxışlar etmişdir. Həmin institutun tərifnamə və təşəkkürlərini almışdır. İşində və hər yerdə prinsipialdır. Onuda qeyd etmək lazımdır ki, Ənvər müəllim 1988-ci ilin fevralında başlanan xalq hərəkatına da biganə qalmamışdır. Respublikamızın müstəqilliyi  onun da arzusu olmuşdur. Xalqının, elinin təəsübkeşi olan Ənvər müəllim də Ermənistanda kütləvi surətdə qovulan azərbaycanlıların taleyinə respublika rəhbərlərinin biganə yanaşması təəssüf doğurmuşdur. O da, səsini xalqın səsinə qatmış, haray çəkmiş, lakin onun da fəryad səsləri rəhbərliyə çatmamışdır.

1990-cı il 20 yanvar faciəsi Ənvər müəllimin həyat tarixçəsində amansız bir gün kimi xatırlanır. Həmin faciə, başqa həmvətənləri kimi, onu da sarsıtmışdır, çünki hadisə gələcəkdə daha amansız hadisələrin baş verəcəyindən xəbər verirdi, lakin,  onu da bilirdi ki, müstəqillik yolunda bəlalar çəksə də, bu xalqın öz yolundan döndərə bilməyəcəklər. Ənvər müəllim də bu xalqın övladı olduğu üçün zəmmanənin zərbələri ona təsir edə bilməmişdir. Ən çətin günlər də o, məktəbi atıb getməmiş, əksinə, ölkədə yaranmış hakimiyyət boşluğunun xalqa bəlalar gətirəcəyini hiss edərək kənddə Ağsaqqallar şurası, Xeyriyyə cəmiyyəti yaratmış, xalqla birlikdə nəfəs almış, həmyerlilərinə ürək-dirək vermişdir. Daima narahatlıq hissi keçirən Ənvər müəllimin idealı vətən sevgisi, ana məhəbbətidir. Ona görə də, özü vətən çağrışına getdiyi kimi, övladlarını da hərbi xidmətə göndərmişdir. İki oğlu hal-hazırda həyatlarını hərbi bağlamışlar. Övladlarının hamısı ali təhsillidir. Özü əmək veteranıdır, bu , o deməkdir ki, taleyin ona bəxş etdiyi ömür payını mənasız keçirməmişdir. Pedaqoji fəaliyyətinin 50, ömrünün 71 ili tamam olsa da, o, yenə də əmək cəbhəsində öz yetirmələri ilə birlikdə gənclik illərinin amalı ilə çiyin–çiyinə çalışır, uşaqlara doğma dilimizin incəliklərini öyrətməklə bərabər onlara vətənpərvərlik hissini aşlayır. Onun həyatda ən böyük mükafatı yetirmələrinin onun əməyinə verdiyi qiymətdir. Heç təsadüfü deyil ki, 1999-cu ildə aparelin 27-də onun doğum günü təntənəli surətdə qeyd edilmişdir. Bu günkü gün onun həyatının 70-ci baharına qızıl xətlərlə yazılmışdır. Verilmiş ömür payı üçün Ulu Tanrıya minnətdarlıq edir. Ona can sağlığı və gələcək də yaradıcılıq arzulayırıq!

Təşkilat komitəsi..Vəndam orta məktəbi.  27 aprel 1999-cu il.

Ənvər Rəhimov:

Ulu Tanrıdan razıyam.

Uzun illərin müəllimi olsam da, təhsil rəhbərləri mənim əməyimi istənilən səviyyədə qiymətləndirmədilər, ancaq ruhdan düşmədim. 2002-ci ildə birinci kitabım :”Qəbələ ürəyimdir, Vəndam düşünən beynim” işıq üzü gördü. Bundan sonra həyata gəlməyimin səbəbini bildim. Allahımdan çox razıyam, ona görə ki, mənə ömür verən də, yaddaş verən də, həyata bağlayan da odur. 2005-ci ildə, 2-ci 2009-cu ildə 3-cü kitabım işıq üzü görüb. Müəllimlik illərindəki fəaliyyətimi qiymətləndirmədilər, ancaq yazılarım məni həyata bağlayır. Hal-hazırda 4-cü kitabımı yazıram. Ulu tanrı mənə köməklik  edəcək.

Həyatda insanları yaşadan övladlarıdır. Bəzən adam bilmir ki, ömrünün son günləri, son ayları, son illəri onu nə gözləyir. Övladlarının da ona necə münasibət göstərəcəklərini xəyala gətirmir.

Mən həyatim boyu demək olar ki beş dəfə sevinmişəm –beş övladımı ev eşik eləyəndə. Bəs əvvəllər necə? Axı hər övladın dünya işığına göz açmasıda da sevincdir!? Mən deyərdim ki xeyr! Ulu Tanrı hökmü və bəxşişi ilə övlad dünyaa gəlir? İş bununla bitirmi? Xeyr! Övladın necə tərbiyə olunması, cəmiyyətdə onun yeri, insanlara, öz valideinlərinə münasibəti, xeyrxaxlığı, imkansızlara, yoxsullara kömək göstərməsi və s. keyfiətlər övlad sahibini ciddi düşündürməlidir. Övladın müstəqil həyata atılana kimi kimi keçən dövrə valideyin cavabdehdir. Lakin onuda unutmaq ki, həyat, cəmiət, siyasi quruluş  insanları müsbət və ya mənfi istiqamətlərə yönəldir və bəzən ailəyə daxil olmuş yeni üzvün-övladın 180 dərəcə dəyişməsinə səbəb olur. Doğrudur, övladların boya başa gəlməsində ana  da iştirakçıdır, lakin subyektiv münasibətlərə görə, ana həlledici rola malik deyil. Ata ailədə aparıcı sima olmalıdır və övladlar onun dedikləri və göstərişləri ilə hesablaşmalıdırlar. Ona görədə ata öz məsuliyətini dərk etməli, öz tərbiyyəli hərəkətləri ilə övladları qarşısında nümunəvi davranmalıdır. Çox təəssüf doğuran hal odur ki, yad qızı hər hansı ailəyə ayaq basan gündən atmosfer dəyişir. Ağıllı oğul öz oğulluğunu sübut etməli, həyətə gələn gəlinə öz həddini göstərməlidir, onun çaldığı havaya onamamalıdır. Oğul övladı hər gün, hər saat valideynlərinin vəziyyəti ilə maraqlanmalı, onların fiziki durumunu yoxlamalı, maddi ehtiaclarını ödəməli, mənəvi aləmindəki boşluğu qaydaya salmalıdır. Ata-validein hiss etməlidir ki, çəkdiyi zəhmət hədər getməyib. Ailəyə ayaq basan yad qızı bölgü aparmaq hüququna malik deyildir. Oğul bilməlidir ki, onun həyat yoldaşı hansı qabiliyyətə malikdir. Öz ağlını, dərrakəsini yoxlamalı, özündən sonrakı bacılarına, qardaşlarına ata əvəzi olmalı, yalnız özünü düşünməməlidir. Real olmalıdır. Arvadını da, övladlarını da bu ruhda tərbiyə etməldir. Lakin çox təssüf ki, mən müşahidə etdiyim bəzi ailələrdə sadaladıqlarımı görə bilmədim. Müharibənin ağır illərini yaşamış atalara qarşı övlad nəzakətsizliyinin şahidi oldum.

Müharibə illərində istər arxa cəbhədə, istərsə də ön cəbhədə çətin, lakin ağır və şərəfli yol çəkib gəlmiş və yaxud həlak olmuş adamların həyatını bu günün övladları qimətləndirməyi bacarmır, heç bu barədə düşünmək belə istəmirlər. Mən özümdə qüvvə toplayıb, keçmiş tariximizi yazan insanların həyatına işıq salmağı, onların bir qismini kitaba köçürməyi, tarixiləşdirməyi, əbədiləşdirməyi qərara aldım və üç kitab buraxdım. Lakin biganəliin, laqeyidliin izini də gördüm. Ona görədə öz keçmişinə çəpəki baxan  bir qisim şəxslərin adlarını sadalamağı özümə layiq bilmirəm, lakin yeri gəldikcə ləyaqətli insanlar haqqında söhbət açmaq çox faydalıdır. Etiraf etməliəm ki, hər bir hadisəyə, hər bir şəxsə qələmin dili ilə yanaşmaq. Tarixi baxımdan hadisələrə düzgün qimət vermək müəllifdən çox böyük məsuliyyət tələb edir.

Mən birinci kitabımda (”Qəbələ ürəyimdir, Vəndam düşünən beynim”) Vəndamın çox əsrlik dövrünü, təbiətini, insanların məsuliyərini, maarifini mədəniyyətini qismən də olsa işıqlandırmağa çalışmışam. Ancaq zəhmətimi heç olmasa, bircə kəlmə”sağ ol”sözü ilə qimətləndirməyi bacarmayan insanlardan incimirəm, tariximizə, qanlı keçmişimizə biganəlik göstərənləri hərəkətlərinə təəssüflənirəm. Lakin tariximizlə maraqlananların mənim kitablarıma  xeyirxah münasibətləri məni sevindirir. Birinci kitabım nəşiriatdan çıxan kimi Nəsirov Ağasəddin müəllim və Bağırov Əlisəfa Bakıda kitabın təqdimatını keçirdilər. Sonra, Vəndam 1 Salı orta məktəbin müəllimi Sadıqov Sadıq  məktəbdə həmin kitabın təqdimatını keçirdi. Zəhmətimi qiymətləndirdiklərinə görə həmin yoldaşlara yazılı surətdə öz minnətdarlığımı bildirirəm.

Tarixin ən çətin və məsuliyətli dövrünü yaşamış və Vəndam camaatı üçün min cür əzab-əziyətə tab gətirmiş Alışanzadə Sülemanı, Əfəndiyev Fazili, Əfəndiev Cəbrayılı, Mürşüdov Rəsulu, Rəhimli Əlini, Əfəndiyev İbrahimi, Rəsulov İbrahimxəlili, Tahirov İbrahimi, Ağayev Sayadı, Mustafaev Əmirullahı, Rəcıbova Gülyazı və başqalarını xatırlamamaq, onların həyatını mənalandırmamaq bizim üçün bağışlanmaz olar. Patriarxal və bütün sahələrdə geridə qalmış kəndimizi dirçəltmək üçün adlarını çəkdiyimiz və ya çəkmədiyimiz insanların fəaliyəti bu günümüzün əbədiyyətidir. Məcid Mərdanov, Dursun Hüseynov, Səməndər Hüseynov, Süleman Xəlilov və başqaları daima bizim qəlbimizdı yaşamalı və onların fəaliyyəti müasir gənclərə çatdırılmalıdır. Əksinə, keçmişimizi örənmək əvəzinə mümkün qədər daha tez unutmağa çalışırıq.

Mən bir də ona görə təssüflənirəm ki, ziyalı ordusunun yetişməsində misilsiz xidmətləri olan Vəndam 1 saylı orta məktəbin 120 və 125-ci yubiley illəri qeyd edilmədi. Müdavimlər də, kənd cammatı da, bütün ziyalı ordumuz  da bu sevimli və şərəfli tarixi günləri yada salmalı idilər.

2-ci kitabım “Vəndam: sevincim mənim, kədərim mənim” kitabımın əhatə dairəsi:

Mən birinci kitabla vəzifəmi bitmiş hesab etmədim, çünki Vəndamın tarixdə yeri çox böyükdür. 1941-1945-ci illər Vətən müharibəsində Azərbaycan Respublikası, o cümlədən, respublikanın ən iri kəndlərindən biri olan Vəndam kəndi çox fəal iştirak etmişdir. Ona görədə mən ikinci kitabımı faciəli günlərin , illərin təsvirinə həsr etmişəm. Kitabda müharibənin başlaması, gedişi, bu müharibədə müharibədə iştirakımız, qəhrəmanlıqlarımız, qələbədə rolumuz verilmişdir. Qəhrəmanlıqla vuruşan, yaralanan, itgin düşən, həlak olan insanlar haqqında söhbət açılmış, vəndamlıların şücaəti geniş surətdə işıqlandırılmışdır. Əlbəttə, Vəndamdan döyüş cəbhələrinə gedən 1200-dən artıq insanın hamısı haqqında məlumat verməyə imkanımız çatmasada, bir qis döyüşçülər haqqında ətraflı məlumat verilmişdir. Arxivlərin müəyyən idarə və təşkilat rəhbərlərinin, yaşlı və xeyirxax insanların vətəndaşlıq köməyi nəticəsində bu kitab işıq üzü görmüşdür. Bağırov Ağəli, Səfərov Rasim, Rəhimov İlqar, həkim Mərdanov Mübariz, Abbasəliev Qalib, Nadirov Rufət, müəllim Hüsenov Nazir, müəllimə Ağayeva Nərgiz, İbrahimova Sevdaxanım və başqaları tariximizin müəyən dövründən bəhs edən bu kitab yüksək qiymətləndirmiş və bacardıqları qədər öz köməkliklərini göstərmişdilər. Eyni zamanda 2-ci kitabımın səhifələrində respublika hərbi komissarlığının, Qəbələ raon hərbi komissarlığının, Bakı xatirə redaksiyasının, respublika Veteranlar Şurasının əməkdaşlarına, ayrı-ayrı vətəndaşlara, eyni zamanda, maddi və mənəvi cəhətdən mənə arxa durduğuna görə Qəbələ rayon icra hakimi Tofiq İbrahimova bir daha öz minnətdarlığımı bildirirəm. Ancaq təssüf hissi ilə bildirirəm ki, bu vətəndaş mövqeyində duran adamlarla anası, mənəvi dünyası boş olan adamlarla rastlaşmaq insana daxili əzab verir.

Ağayev Çələbi, Zülfüqarov Hacalı, dəmirçi Mürşüd, Kərimov Ağasəlim, Mirzəmmədov Soltan, Əziaov Abdulhəmid, Sadıqov Feyruz, Aslanov Xandəmir, İsmayılov Məmmədnəbi, Mərdanov Əşrəf, Səfərov Həmdi və bir çox başqaları bizim keçmişimizi təmsil ediblər, ağır və məşəqqətli yol keçiblər, müharibənin dəhşətlərinin şahidi olublar. Düşmənə əsir düşənlərimiz, işgəncələrə məruz qalanlarımız bizi düşündürməməlidirmi? Əgər bu gün keçmişimizə daş atırıqsa, gələcəkdə bizi top atəşi gözləyir. Müharibə dövrünü əhatə edən “Vəndam sevincim mənim, kədərim mənim” kitabım mənim unudulmaz xatirəmdir, həm də kədərlə, faciələrlə dolu xatirələrimdir. Mən bu kitabımda müharibə dövrü acından ölənlərimiz haqqında geniş səhifə açmışam, uşaq evində ölənlər haqqında yazı vermişəm. Ölüm düşərgələrində işgəncələrə məruz qalananlar haqqında ürək yanğısı ilə məlumat vermişəm. Çox təssüf ki mənim həmvətənlərim dəhşətli müharibə illərinin ağrısını-acısını duya bilmirlər, bu günün bolluğunu qiymətləndirə bilmirlər. Bir sözlə müharibənin ağrılarını göz önünə gətirmək istəmillər. Qəbələ (Qutqaşın) kəndi üzrə cəbhəyə  gedən, həlak olanlar haqqında 4-cü kitabda yazı vermək filrindəyəm, lakin döyüş cəbhələrindən sağ gəlmiş müharibə veteranları haqqında geniş məlumat vermək fikrim yoxdur ona görə ki övladları laqeyiddirlər.

Mənim üçüncü kitabım 2009-cu ildə işıq üzü görmüşdür. Birinci ikinci kitablarımda verə bilmədiyim  sahələri, az-maz buraxdığım səhvləri “Qəbələ ilk pataxtım-tariximdir” kitabımda aradan qaldırmışam. Bu kitabda Qəbələnin florası və faunası, insanları və onların məşğuliyərti, siyasi həyatı, əhalinin keçirdiyi əzablı günlər və bugünki həyatı əks edilmişdir.

Təssüfləndirici nədir?

Qeyd edim ki,mən kitabların üzərində işləyərkən dəqiqliyə diqqət yetirmişəm, hər bir söz, hər bir cümləni dönə-dönə nəzərdən keçirmişəm. Yuxusuz, narahat gecələrim də, qayğılı gündüzlərim də çox olub. Həyatımın bu cür keçməsinə heyifsilənməmişəm, əksinə, zövq almışam. Hətta bəzi adamlar mənə qol-qanad vermək əvəzinə, məndə ruh düşkünlüü yaratmağa çalışmışlar, ancaq mən məqsədimdən dönməmişəm.

Məni təəssüfləndirən və təəccübləndirən o olub ki, bəzi insanlar öz ata-analarınıa qarşı üzüdönük çıxırlar, hətta onların kitaba düşməsinə narazı oldular. Bu övladlardan bəziləri heç üzə çıxmadılar, məni görəndə görməməzliyə vurdula, minnətdarlıqlarını bildirmədilər. Belələrindən həkim Hacıyev Qəhrəmanın və Hacıyeva Ənisə xanımın, meşə idarəsinin keçmiş direktoru Məmmədov Məhəmmədin övladlarını misal göstərmək olar. Ağır, lakin şərəfli yol keçmiş adamların kitablarda adının işıqlandırılması vacibdir. Kaş ki, Fəzail  kim, Namiq  kimi nankor övladlar olmayadı Rəfail həkimində laqeyidlii məndə ikrah hissi yaratdı.

Lakin yuxarıda adlarını sadaladığım adamların əksinə, Məmmədov Hacı Yaşar, Bayramov Şahismayil, Rüstəmova Məhəbbət xanım, Bayramov Sabir, Nadirov Rüfət, Eyyubov Fərhad, Rəsulov Hikmət, Hacıyev Oktay, Əzizova Zinyət xanım, Hüseynov Afər, Abdullayev Yaşar (mərhum) və ya başqaları öz nümunəvi hərəkətləri ilə məndə fəaliyyətimi davam etdirmək həvəsini artırmışlar.

Mən də öz adımdan adları yaxşılıqda çəkilən insanları təbrik edir, can saqlıqı, işlərində müvəffəqiyyətlər arzulayıram, dünyasını dəyişənlərə rəhmət diləyirəm. Hal-hazırda 4-cü kitabının üzərində çalışıram. Ulu Tanrıdan möhlət, fikirimdə isə aydınlıq arzulayıram.

Əziz oxucularım, 4- cü kitabım nəşrə hazırdır. Ulu Tanrımın köməkliyi ilə az vaxtda işıq üzü görər. Ümüdvaram ki, kitablarım mənə qarşı rəibət hissini artiracaqdır.

İnsan hər hansı bir mövzuya aid yazdığı ifadələrin dəqiqliyinə məsuliyyətlə yanaşmalıdır. Bu məsuliyyəti dərk elədiyim üçün yaratdığım kitablardakı cümlələrə, mövzulara çox  diqqətlə yanaşıram, dönə-dönə fikir süzgəcindən keçirirəm, əldə etdiyim faktları dəqiqləşdirdikdən sonra qələmə, kağıza müraciyyət edirəm. Bəzən hər hansı bir tarixi yerə icazə almaq üçün əziyyət çəksəm də, həmişə mənə çox gözəl münasibət bəsləmiş və lazimi köməklikləri göstərmişlər.

Yeri gəlmişkən qeyd edim ki, kəndimizin, rayonumuzun, ümumiyyətlə, respublikamızın tarixini öyrənmək mənim həyat şüarım olmuşdur. 1957-1958-ci illərdən etibarən mötəbər idarələrə, muzeylərə, arxivlərə yetmiş dəqiqləşdirmələr aparmaqla məşğul olmuşam. Ola bilsin ki, təkrarlamalara yol vermişəm, о da səbəbsiz deyil. Rayonda və Bakıda mərkəzi idarələr daima xahişimi eşitmiş və məni qəbul edib, doğru, tutarlı və qane edici cavablarla yola salmışlar. Nəticədə mənim ilk kitabım 2002-ci ildə  işıq üzü görmüşdür. Bu, mənim həyatımda ən sevincli hadisə olmuşdur. Mənə verilən buraxılış vərəqələrini dəyərli sənəd kimi qoruyub saxlamış, muzey və arxiv əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Həmin vərəqlərə kitabımda xüsusi yer ayırıram.

Eyyubov Fərhad Çinar oğlu

Fərhad Eyyubov-Vəndamlı görkəmli alim

Fərhad Eyyubov-Vəndamlı görkəmli alim

О, 1950-ci il may ayının 6-da müəllim ailəsində dünyaya göz açmışdır. 1957-ci ildə Vəndam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Yaxından tanışlığım isə 5-ci sinifə daxil olduqdan sonra başlamışdır. Fərhad bütün fənlərə eyni dərəcədə maraq göstərirdi. Çox fəal idi. Bütün fənn müəllimləri ondan razılıq edirdi. Sinifdən sinfə adladıqca dahada fəallaşırdı. Dirbaşlığına görə məktəb şagird komsomol təşkilatının katibi seçilmişdir. Fənlər üzrə keçirilən konfranslarda fərqlənirdi, hətta 1966-ci ildə fizika fənni üzrə keçirilən olimpiadanın respublika turunda iştirak etmiş 3-cü yeri tutmuş və mükafatlandırılmışdır. 1967-ci ildə kamal atesttatı alan Fərhad həmin ildə Azərbaycan Texniki Universitetin (Azərbaycan Politexnim insitutun) Avtomobil nəqilyatı ixtisası üzrə axşam şöbəsinə daxil olmuşdur. Ailə vəziyyətinə görə gündüzlər nəqilyat sahəsində müxtəlif peşələrdə çalışmış, axşamlar isə seçdiyi ixtisas üzrə məşğələlərə davam etmişdir. 1973 cü ildə diplom işini əla qiymətlərlə müdafiə edərək ”Avtomobil nəqilyarı”üzrə universiteti bitirmişdir. 1973-1974-cü illərdə ordu sıralarında qulluq etmişdir.

Fərhad müəllimin ən gözəl xüsusiyyətlərindən biri odur ki, o, az biliklə kifayətlənmir, az məlumatla kifayətlənmir, daima özünə qarşı tələbkarlığı artırır, hər məsələyə məsuliyətlə yanaşır, daima yüksəlmək arzusu ilə yaşayır.

1977-1978-ci illərdə Bakı şəhərində 67 saylı orta texniki peşə məktəbində ixtisas müəllimi işləyərkən dediyi nümunə dərsini ABŞ, SSRİ və Azərbaycan Respublikasının Dövlət Yol Polisi (DYP)idarələrinin rəhbərləri çox yüksək qiymətləndirmiş və bu dərs metodikasını respublikanın bütün peşə məktəblərində yayılması məsləhət bilinmişdir. 1978-ci ildə Azərbaycanin peşə məktəblərinin axırıncı kurslarında 200 nəfər tələbə təcürbə keçmək üçün Tümen vilayətinə 6 aylıq kursa göndərilmiş və ixtisaslarını tamamladıqdan sonra orada qalıb işləməli idilər. Onlara buraxılış işlərinin müdafiəsi və ixtisas dərəcələrinin verilməsi üçün  yaradılmış imtahaan komisyasının sədri Fərhad müəllim seçilmiş və o, 3 nəfərdən ibarət heyətin tərkibində Tümenə göndərilmişdir. Bü tapşırıq müvəffəqiyətlə yerinə yetirildiyi uşun Fərhat müəllim Peşə Təhsili Komitəsinin fəxri  fərmanı ilə təltif edilmişdir. Eyni zamanda həmin ildə keçirilmiş VI (6-cı) respublika müəllimlər qurultayına nümayəndə seçilmişdir. О, 1975-1978-ci illərdə Azərbaycan Texniki Universitetində Avtomobil kafedrasında  saat hesabı (əvəzçilik) dərs demişdir. Onun bilik və bacarığını, pedaqoji qabiliyyətini nəzərə alaraq kafedra rəhbərliyi universitetdə daimi olaraq işə qəbul olunmasını lazım bilmiş, və 1979-cu ildən ildən müəllimləri ilə çiyin-çiyinə işləməyə başlamış, 1986-1991-ci illərdə Baş müəllim, 1991-ci ildən indiyə kimi dosent vəzifəsində çalışır.

Müəllim-professor və tələbələr arasında hörmət qazanan Fərhad müəllim qiyabi yolla aspiranturaya qəbul olunmuş, 1991-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədə (fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Onun elmi rəhbəri respublikanın görkəmli alimi,texnika elmləri doktoru, professor Əsgər Tağızadə, elmi işinin apponentləri Moskva universitetinin tanınmış prafessorları olmuşdur.

Fərhad müəllim 1984-cü ildə Moskva Avtomobil Yolları inistutunun ixtisas artırma kursunun əla qiymətlərlə bitirmişdir. 1994-cü ildə Müstəqil Azərbaycan respublikasında fəaliyyət göstərən Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir. O, universitetinin elm, təhsil və ictimai işlərində də çox fəal olmuşdur. Müxtəlif illərdə tələbə-inşaat dəstələrinə rəhbərlik etmiş və iş göstəricilərinə görə dəfələrlə fəxri fərmanlarla tılrif edilmişdir. Onun iş təcrübəsi haqqında respublika mətbuatında çoxlu yazılar və məlumatlar verilmişdir. Uzun müddət Nəqilyat fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. О, texnika sahəsinin araşdırıcısı olsa da, humanitar elmləri də çox sevir. Universitetdə keçirilən bütün tədbirlərdə Fərhad müəllim xüsusi fəallıq göstərir, mənalı və ədalətli çıxışları ilə müəllim və tələbələrin rəğbətini qazanır.

Fərhad müəllim 50-dən artıq elmi əsərin və metodiki vəsaitlərin müəllifidir. Respublika və universitet elmi konfranslarında müntəzzəm olaraq “Nəqiliyyat və yol hərəkətləri” problemləri ilə ələqadar çıxışlar edir, televiziya və radio kanallarında ekspert səviyyəsində onun səsini eşitmək olur. Uzun müdədtir ki, Azərbaycan Təhsil Nazirliyinin rəyi əsasında “Bakı Dövlət iqtisadiyyat və humanitar kolleci”ndə “Dövlət Yol polisi inzibati hüquq fəaliyyəti” ixtisası üzrə Dövlət imtahan komissiyasının sədri təyin edilmişdir. Fərhad müəllim avtomobil nəqilyatı və yol hərəkətinə aid müxtəlif fənlərdən  müasir tələbata uyğun tələbələrə mühazirələr oxuyur, buraxılış işlərinə və magistr dissertasiyalarına rəhbərlik edir.

Fərhad müəllimin respublukamızın bütün rayonlarında, o cümlədən Vəndam kəndində  də tələbələri var və onu həmişə böyük hörmətlə qarşılayırlar.

Hal-hazırda Fərhad müəllim AzTU-nun “Nəqliyyat fakültəsi”nin magistratura üzrə ixtisaslaşdırılmış elmi şurasının elmi katibidir. Fərhad müəllim özünə qarşı çox tələbkardır ,elmi axtarışlarını dava etdirir, ”Marketinq sisteminin avtonəqiliyyata tətbiqi məsələlərinin araşdırılması” mövzusunda doktorluq dissertasiyasını tamamlamaq üzrədir.

Fərhad müəllim gözəl ailə başçısıdır. 1977-ci ildə əslən Balakən rayonundan olan Xavər xanımla ailə həyatı qurmuşdur. Xavər xanım Bakı Dövlət Univetsitetinin Kimya fakültəsini bitirmiş, bir müddət elmi-tədqiqat institutlarının birində elmi işçi ,sonralar Bakı şəhəri, Nərimanov rayon 34 saylı orta məktıbdə kimya müəlliməsi işləmişdir.

Fərhad müəllimin 3(üç) övladı var.

Böyük oğlu Elşad 1978-ci ildə anadan olmuş, orta və ali təhsili başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinin bakalavr və magitratura pillələrini əla qiymətlərlə bitirmişdir. Özəl sektorların birində çalışır. Evlidir. Davud adında bir oğlu var.

1979-cu ildə anadan olmuş Rövşən Azərbaycan Texniki Universitetinin bakalavr və magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Hərbi qulluqçudur. Mayor rütbəsindədir. Evlidir. Firuzə və Zümrüd adlı iki qız atasıdır.

Kiçik oğlu Yaşar 1988-ci ildə anadan olmuş, 2009-cu illərdə Azərbaycan Texniki Universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2010-cu illərdə Azərbaycan ordusunda qulluq etmiş, hal-hazırda AzTU-nun magistraturasında təhsilini davam etdirir

Mən Fərhad müəllim oz təşəkkürümü bildirirəm, ona görə ki, o bütün çətin yollardan keçərək öz məqsədinə çatmışdır, heç kəsdən kömək umamışdır, öz iradəsinə arxalanmışdır. Eyni zamanda gözəl, tərbiyəli və öz bacarığına arxalanan, vətənini sevən övladlar yetişdirmişdir.

Biz də Fərhad müəllimin müvəffəqiyyətlərinə sevinir, ona can sağlığı, xoşbəxtlik arzulayırıq. Ona dayaq durmuş müəllim heyətinə də birlik və səmimiyyət arzulayırıq.

Tahirova (Bağırova) Elminaz Şıxalı qızı (1945)

Elimnaz Bağırova (Tahirova) - qayğıkeş müəllim və Vəndamın sevimli ağbirçəyi

Elimnaz Bağırova (Tahirova) – qayğıkeş müəllim və Vəndamın sevimli ağbirçəyi

Vəndam maarifnin inkişafında qadın müəllimlərimizin də az rolu olmamışdır. Onlar ən çətin zamanlarda da kəndin ərazilərinə gedir, valideyinlərlə görüşür, uşaqların məktəbə müntəzəm davamiyyətinə nail oldular, çünki  biliyin əsası ibtidai siniflərdə qoyulur. Əgər şagird müntəzəm olaraq dərslərdə iştirak etməsə, yxarı siniflərə adladıqca çətinliklərlə üzləşir. Belə işgüzar qadın müəllimələrimizdən biri də Tahirova Elminazdır.

О, 1945-ci ildə Vəndam kəndində sadə bir kəndli ailəsində həyata göz açmışdır. 1952-ci ildə Vəndam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1963-cü ildə 10-cu sinfi bitirib, həmin ildə Göyçay şəhərində ibtidai məktəblər üçün rus dili müəllimi hazırlayan biillik kursa daxil olmuşdur. 1964-ci ildən 1970-ci ilə kimi Vəndam 3 saylı səkkizillik məktəbdə rus dili müəllimi işləmişdir.  О, daima təhsilini artırmaq haqqında düşünür və 1966-cı ildə indiki N.Tusi (V.İ.Lenin) adına universitetin ”İbtidai Məktəb Pedaqogikası və İbtidai Təhsil Metodikası” şöbəsinə daxil olmuş və işləyə-işləyə 1972-ci ildə institutu bitirmişdir.

Elminaz müəllimənin iş bacarığı və fəallığı nəzərə alınmış və Vəndam orta məktəbinə dəyişdirilmiş, ibtidai siniflərdə rus dili fəninin tədrisi etməklə bərabər, həm də ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. О, dərslərini əyani qurur, əyani vasətələrdən geniş istifadə edir, şagirdin nitqinin inkişafına xüsusi diqqət yetirirdi. Məktəbin müdiriyyəti də, valideyinlər də ondan razılıq edirdilər. Onun metodiki cəhətdən yüksək fəallığını görən təhsil şöbəsi 1972-ci ildə ibtidai siniflər üzrə dərs hissə müdirliyinə irəli çəkmişdir. О tez-tez müəllimlərin dərslərində iştirak edir, əyani vasitələrdən istifadəni ön plana çəkir, açıq dərslər təşkil edir, dərslərin müzakirəsini aparır, valideyin iclaslarının keçirilməsinə xüsusi diqqət yetirirdi.

Elminaz müəllimə həm də ictimaiyyətçi idi. Məktəb  müəllim partiya təşkilatının katibi seçilmişdir. Məktəb üzrə tez-tez yığıncaqlar keçirir, müəllimlərin pedaqoji fəallığının artırılmasına nail olurdu. Dəfələrlə rayon Sovetinə deputat seşilmişdir. Həm rayon partiya komitəsindən, həm də rayon maarif şöbəsindən dəfələrlə təşəkkür və tərifnamələr almışdır.

Elminaz müəllimə nümunəvi müəllim olduğu kimi, gözəl də ailə üzvü olmuşdur. Bağırov Aslan müəllimlə ailə həyatı qurmuşdur. 5 övlad anasıdır. Elminaz müəllimə müəllim olduğu kimi, gözəl də ailə başçısı olmuşdur. Övladlarına yüksək təhsil vermişdir. Onların həyatındakı  fəaliyyətindən razılıq edir. Oğlu Nurlan Aslan oğlu iqtisadiyyat elmləri üzrə fəlsəfə doktorudur, çox mərifətli və qanacaqlı oğlandır.

Bir dəfə mən Elminaz müəllimədən soruşmuşdum:

– Siz həyatda nə ilə fərəhlənirsiniz?

O belə cavab vermişdir.

-Məni həyata bağlayan yaxşı addır. Aldığım təşəkkürlər, tərifnamələr məni sevindirir. Bir də övladlarımdan fərəh alıram. Keçirdiyim yollara nəzər salıram. Həyatda yüksək mövqe tutmuş şagirdlərimi gördükcə sevincimin həddi-hüdudu olmur. Vaxtilə şagirdim olmuş, bu gün ən yaxşı yaxşı vəzifələrdə çalışan Atakişiyev Ələkbər Ağalar oğlunu, Məmmədov Ruhəngiz Bəxtiyar qızını, Bağırov Nurlan Aslan oğlunu, Abdullayev Yaşar Hacıağa oğlunu (mərhum), Kərimov Famil Qiyas oğlunu, Məmmədova Azadə Bəxtiyar qızını, Tapdıqov Bəhmən Rasim oğlunu necə unudum? Onlar mənim fəxrim və fərəhimdilər. Bu gün mən məktəbdən 66 yaşlı müəllim kimi ayrılıram. Fiziki cəhətdən ayrılsam da, qəlbən yenə də məktəbə bağlıyam.

Bəli, o 47 illik pedaqoji fəaliyyətindən sonra məktəbdən ayrılsa da, yenə onun məktəbdə  ən yüksək kürsüdə yeri var. O, həm dərs dediyi şagirdlərinin, həm də qədirbilən insanların qəlbində daima yaşayacaqdır.

Rəsulov Abbas Salman oğlu (1937)

Abbas Rəsulov- Zəhmətkeş insan, peşəkar müəllim

Abbas Rəsulov- Zəhmətkeş insan, peşəkar müəllim

Həyata gələn hər bir insan müəyyən yaş dövründən etibarən Vətəninə, xalqına, el-obasına, ailəsinə xidmət etməlidir və hər bir addımını atarkən məsuliyyət hiss etməlidir. Mən belə keyfiyyətləri özündə əks etditən insanların izinə düşüb onları işıqlandırmağa çalışıram ki, bu dünyada izi qalsın, yaxşı və xeyirxah işləri gələcək nəsil üçün nümunə olsun. Belələrindən biridə ömrünün təxminən 50 ilini pedaqoji fəaliyyətə sərf etmiş, öz bilik və bacarığını gənc nəslə vermiş Rəsulov Abbas Rəsul oğludur. O,1937-ci ildə anadan olmuş, lakin uşaqlığı fərəhli keçməmişdir.  1941-ci ilin iyunun 22-də başlanan Böyük Vətən müharibəsi çox uşaqları atadan yetim qoyduğu kimi, Abbas da anasının himayəsinə sığınmalı ollmuşdur: dörd oğul, üç qızın tale yükü Fatma Bahəddin qızının öhdəsinə düşmüşdür. Belə bir böyü ailənin qayğısını çəkmək hər qadının, hər ananın işi deyil. О, kolxoz təsərrüfatında çalışır, tütün əkib-becərir, barama qurduna baxır, həm də ev təsərrüfatını qaydaya salır, eyni zamanda uşaqlarının təhsil almalarına da ciddi nəzarət edirdi.

Müharibənin qurtardığı 1945-ci  ildə Vəndam orta məktəbin 1-ci sinfinə daxil olan Abbas 1955-ci ildə attestat almış və həmin ildə Gəncə Pedaqoji institunun riyaziyyat-fizika fakültəsinə daxil olmuşdur. Maddi cəhətdən əziyyət çəksə də, bütün çətinliklərin öhdəsindən məharətlə gəlmiş  və 1961-ci ildə ali məktəbi bitirmişdir. Onun ilk təyinatı Şamaxı rayonu Muğanlı 8 illik məktəbində olmuşdur. 1965-ci tədris ilində pedaqoji fəaliyyətini Vəndam orta məktəbində davam etdirmişdir. 1970-1976-ci illərdə Vəndam 1 saylı 8 illik məktəbdə dərs hissə müdiri, həm də riyaziyyat müəllimi, 1977-ci ildən hal-hazıra kimi, 2011-ci ilin avqust ayına kimi Vəndam orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Abbas müəllim öz ixtisasını mükəmməl bildiyi və şagirdlərinə də bu fənni sevməyi bacardığı üçün pedaqoji kollektiv və valideyinlər arşında çox böyük nüfuz qazanmışdır. O, hər mövzuya məsuliyətlə yanaşır, əyaniliyə diqqət yetirir, riyaziyyatın ən çətin çalışma qaydalarını açıqlayır, şagirdlərin fənn olimpiadalarinda iştirakına və müvəffəqiyyət qazanmalarına nail olurdu. Bilik yarışları təşkil edir və şagirdlərdə bu fənnə maraq hissini artırırdı. О, daima elmi axtarışlarda olur, ”Fizika –riyaziyyat tədrisi” jurnalında müəllimlər üçün təklif olinmuş məsələ və misalların həllində iştirak edir. Abbas müəllim işlədiyi bütün dövrlərdə,  rayon və Vəndam məntəqəsi üzrə fənn komissiyasının sədri olduğu illərdə yığıncaqlarda məruzələr və müzakirələr təşkil edir, dinlənilmiş dərslərin təhlilini aparır, gənc müəllimlərə qayğı ilə yanaşır. Riyaziiyyat proqramındakı dəyişikliklərlə əlaqədar rayonda təşkil edilmiş təkmilləşdirmək kursunun müəllimi olmuşdur. Dərs dediyi şagirdlərin içərisində çoxlu müəllim, həkim, alim və müxtəlif ali təhsilli mütəxəssis yetişdirmişdir. Xidmətləri qiymətləndirilmiş, ona 1978-ci ildə “Baş müəllim”, 1994-ci ildə “Ali dərəcəli müəllim” adı verilmişdir

Abbas müəllim həm ictimai həyatda, həm də ailədə ciddi və tələbkardır. O,1967-ci ildə Şüşə Niyazı qızı ilə ailə həyatı qurmuşdur. Şüşə xanım ailəcanlı qadındır. O ailənin taleyi haqqında ciddi düşünənlərinin ən yaxın köməkçisi olmuşdur. Abbas müəllim həm həyatda, həm də ciddi və tələbkardır.  9 övlad anası olan bu qadın evin bütün ağır işlərini öz üzərinə götürür, kolxozda işləyir, ipək qurduna, tütün əkib becərir, dövlətə hər ildə 2-3 ton quru tütün təhvil verirdi. Övladları həm tütün sahəsində analarına kömək edir, həm də məktəbdə təhsillərini yüksək fəallıqla davam etdirirdilər. Ailədə möhkəm intizamın yaranmasında Şüşə xanımın əməyi danılmazdır. Odur ki, övladlarının hər biri ali təhsil sahibi olmuşdur. Abbas müəllimin qızları alimə və Kamilə riyaziyyat müəllimi ixtisasına yiyələndiklərini görən aşağı yaşlı bacılar orta və ali məktəblərdə daha səylə oxumuşlar. Bəstilə orta məktəbi gümüş medalla, Tibb Universitetini Fərqlənmə diplomu ilə, Vüsalə Pedaqoji universiteti fərqlənmə diplomu ilə bitirmişlər. Yaqut orta məktəbin 10-cu sinfində oxuyarkən kimya fənni üzrə respublika olimpiadasında 3-yerə çıxmışdır. Ofelya Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat ixtisası üzrə magistraturasını Fərqlənmə diplomu ilə bitirmiş, Gövhər riyaziyyat-informatika, Şahnaz biologiya ixtisasına yiyələnmişlər. Xəstələr uşaq cərrahı Bəstilənin, müalicə həkimi Yaqutun sorağında olurlar. Abbas müəllimin oğlu Babək Azərbayca Dövlət Universsitetini bitirmiş, yerüstü nəqilyat vasitəsi və nəqliyyat istismarı ixtisasına sahib olmuşdur. Hər biri seçdikləri ixtisas üzrə dövlətə xidmət edir. Verilmiş məlumatdan aydın olur ki, Abbas müəllimin ailəsində intizam tərbiyyəsi çox möhkəm qurulmuş, nəticədəhər bir övlad halal zəhmətə sahiblənmişdir.

74 yaşlı Abbas müəllim şahmat oyununu çox sevir.Gənclik illərində şahmat yarışlarında rayon çempionu olmuş,Qusar rayonunda keçirilən zona yarışında fərqləndirici yer tutmuşdu.

Abbas müəllimə və ailəsinə can sağlığı arzusu ilə ayrılıram.

Əfəndiyev Rövşən Fazil oğlu (15 iyun 1940- 15 may 2006)

Rövşən Əfəndiyev - Vəndamlı mükəmməl tarixçi müəllim, mənəvi zənginliyi ilə qəlblərdə iz qoyan ziyalımız

Rövşən Əfəndiyev – Vəndamlı mükəmməl tarixçi müəllim, mənəvi zənginliyi ilə qəlblərdə iz qoyan ziyalımız

Rövşən 15 iyun 1940-cı ildə dünyaya göz açmışdır. Uşaqlığı müharibənin-ağır illərin tüğyan etdiyi bir vaxta düşmüşdür. Ziyalı ailəsinin ən kiçik övladı olan Rövşən hələ kiçik yaşlarından yazıb-oxumaq həvəsində olmuş, boy atdıqca öz qardaş və bacılarını həyat yollarını izləməyə başlamışdır. Sinifdən-sinfə adladıqca atasının kitabxanasında olan kitabları oxuyur, bilik və məlumatlarını genişləndirirdi. 1947-ci ildə Rus dilli və ədəbiyyatı instituna qəbul olunmuş, həmin ildə dünyasını dəyişmiş qardaşı sahibin və 1957-ci ildə vəfat etmiş atası Fazil müəllimin xiffətini çəkən Rövşən bir müddət məqsədindən dönmək istəmiş, lakin anası Güllü ananın və özündən yaşca böyük bacıları Məzburə və Məhbubənin tövsiyyələri ona müsbət təsir göstərmişdir. О, 1961-ci ildə Vəndam orta məktəbin 10-cu sinfini bitirdikdən sonra həmin ildə Qəbələ (Qutqaşın) şəhərində yeni açılmış birillik müəllimlik kursuna daxil olmuş, 1962-ci ildə kursu bitirmiş və həmin ildə Vəndam bir saylı 8 illik məktəbə müəllim göndərilmişdr. О, daima pedaqoji təhsilini artırmaq haqqında düşünürdü. Kursu bitirdiyi ildə sənədlərini V.İ.Lenin adına (indi Nəsrəddin Tusi adına) Azərbaycan Dövlət Pedaqoji institunun tarix fakültəsinə vermiş və qiyabi şöbəyə qəbul olunmuşdur. О dövrdə Tarix fakültəsinin tələbəsi olmaq ən böyük şərəf hesab olunurdu. Ona görə də, Rövşənin əzizlərinin də, qohum-qardaşlarının da sevincinin həddi-hüdudu yox idi.

1967-ci ildə ali məktəbin tarix fakültəsini bitirən Rövşənin təyinatı əvvəlki məktəbdə reallaşdırılmışdır. O, 1969-cu ildən etibarən Vəndam 1 saylı orta məktəbə dəyişdirilmiş və ömrünün axrına kimi həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir. Lakin arzularının hamısını həyata keçirə bilməmişdir.

Bəzən belə suallar verilirdi:

–  Niyə Rövşən müəlimi bütün kənd və dərs dediyi şagirdlər sevirdilər?

– О dərin biliyə malik idi. Daima mütaliə edir, əlavə tarixi materialları vərəqləyirdi. Hərtərəfli biliyə malik idi. Ona verilən sualları fikirləşmədən cavablandırırdı.

Rövşən müəllim tarix fənn bölməsinin rəhbəri idi. Tez-tez tarix müəllimlərinin toplanışını keçirir, sual–cavablar, disputlar, konfranslar, məruzələr təşkil edir, mübahisəli məsələləri aydinlaşdırırdı. Gənc müəllimlərə metodiki köməklik göstərirdi. Dərs dediyi şagirdlər daima ondan razı qalırdılar.

Bir dəfə mən ona:

– Həyatınızdan razısınızmı?-sualıma belə cavab vermişdir:

– Nədən razı qalım? Mən həyatımı, canımı, qanımı, vətən övladlarına qurban verirəm, ancaq dövlətim mənim əməimi qiymətləndirmir, yaşayış tərzimi, sağlamlığımı nəzərə almır.

Rövşən müəllimin cavabı ürəkağrıdıcıdır. Həqiqətən müəllimı heç bir qayğı göstərilmir, xəstələnəndə müalicəsinə köməklik edilmir. Həkim baha, dava- dərman baha. Neyləsin yazıq müəllim? Rövşən müəllim 1972-ci ildə tibb sahəsində çalışan Çiçək xanım Şalbuz qızı ilə ailə qurmuşdur. Onların 4 övladı var (3 oğlan,1 qız) olmuşdur. 1-ci övladı Sərraf ali təhsilli jurnalisdir. O 1973-cü ildə anadan olmuşdur. İkinci övladıı Cahid 1975-ci il təvəllüdlüdür.  Orta təhsilli mühasibdir. Vəndam bələdiyyəsində işləyir. Ailəlidir. İki övlad atasıdır.

Rövşən müəllimin 4-c övladı Məhluqə 1983-cü ildə dünyaya göz açmış, ibtidai sinif müəlliməsidir. Ailəlidir. Şamaxı rayonunda yaşayır.

1970-ci ildən ömrünün sonuna qədər tarix elmindən uşaqları marifləndirən Rövşən müəllim 2006-ci il mayın 15-də həyatdan köçmüşdür. Allah ona rəhmət eləsin.! Qəbri nurla dolsun!

 

 

 

Məmmədov İlham

FB_IMG_1538318180384

MƏMMƏDOV İLHAM İMAM OĞLU–Vəndam Qəsəbəsinin İdman müəllimi!
O,1959-cu ildə Vəndamda dünyaya göz açmışdır.1966-cı ildə Vəndam 1 saylı orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1976-cı ildə həmin məktəbi bitirmişdir.1976-cı ildə əmək fəaliyyətinə başlamış.1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur.O,idman Akademiyasını bitirmiş və birinci Qarabağ müharibəsində Vəndamın şəhidlərindən biri olmuş Eldəniz Mehdiyevin adını daşıyan Vəndam 1 saylı pilot məktəbində pedaqoji fəaliyyətə başlamışdır,həmin məktəbin idman sahəsində uğurlarında böyük pay sahibi olmuş və hal-hazırda həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirir..ALLAH canınızı sağ eləsin,uğurlar sizə!

 

 

İbrahimov Nabir

İBRAHİMOV NABİR ŞÜKÜR OĞLU–Vəndam Qəsəbəsinin unudulmaz riyaziyyat müəllimi!
O,1933-cü ildə Vəndamda dünyaya göz açmışdır1940-1951-ci illərdə Vəndam 1 saylı orta məktəbində təhsil almış,1952-1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır.Təhsilini bitirdikdən sonra birinci Qarabağ müharibəsində Vəndamın şəhidlərindən biri olmuş Eldəniz Mehdiyevin adını daşıyan Vəndam 1 saylı pilot məktəbində Riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.1979-cu ildən başlayaraq 17 il ərzində Vəndam 1 saylı orta məktəbində direktor müavini vəzifəsində çalışmışdır.Nabir müəllim,56 il Vəndam 1 saylı orta məktəbondə pedaqoji fəaliyyət göstərmişdir.2012-ci ildə isə təqaüdə çıxmışdır..ALLAH canınızı sağ eləsin,uğurlar sizə!

 

 

 

Paşayeva (UMUDOVA) Tamara

fb_img_1538581903849.jpg

PAŞAYEVA(UMUDOVA) TAMARA BEHBUD QIZI–VƏNDAM QƏSƏBƏSİNİN Rus dili müəlliməsi!
O,1955-ci ildə Vəndamda dünyaya göz açmışdır.1972-ci ildə Vəndam 1 saylı orta məktəbini bitirmişdir.1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq şöbəsində təhsil almış.1975-ci ildə isə həmin İnstitutun Rus dili şöbəsinə qəbul olmuşdur.1980-ci ildə həmin institutu bitirərək Qəbələ rayonunun Yengicə kənd 8 illik məktəbinə müəllimə təyin olunmuşdur.1983-cü ildə birinci Qarabağ müharibəsində Vəndamın şəhidlərindən biri olmuş Eldəniz Mehdiyevin adını daşıyan Vəndam Qəsəbə 1 saylı pilot məktəbinə keçirilib.Hal-hazırda Vəndam Qəsəbə 1 saylı orta məktəbində Rus dili müəlliməsi kimi pedaqoji fəaliyyətini davam etdirir..ALLAH canınızı sağ eləsin,uğurlar sizə!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma